YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə geniş vüsət alır

«Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Ötən il bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə xeyli sayda sənaye müəssisəsi açılıb». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, hazırda Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yeni sənaye obyektlərinin tikintisi uğurla davam etdirilir, bir neçə bölgədə isə sənaye məhəllələri yaradılır. Onun sözlərinə görə, yeni şəraitdə Azərbaycanın mənzərəsi genişməzmunlu islahatlarla səciyyələnir.

«Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biri neftdənkənar iqtisadiyyatın üstün inkişafını təmin etməklə bu sektordan ixracın həcmini artırmaqdır. Qeyd edək ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində həmçinin ixracın genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır»-deyə, deputat vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv