YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kestutis Yankauskas: 2017-ci il Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı üçün uğurlu oldu

2017-ci il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq üçün uğurlu bir il oldu.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

K.Yankauskas bildirib ki, Aİ və Azərbaycan ötən il hərtərəfli saziş üzərində işə başlayıb və bu istiqamətdə fəaliyyət daha da intensivləşir: "Bildiyiniz kimi, bu il noyabrın sonunda Brüsseldə çox uğurlu Şərq Tərəfdaşlığı sammiti keçirildi və Azərbaycan ilə Aİ bir-birilərinin mövqelərini və prioritetlərini daha yaxşı anlamış oldu. Hər iki tərəf əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı".

Səfir həmçinin qeyd edib ki, Aİ ilə Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqlar intensivləşdirilib və demək olar ki, tamamlanmaq üzrədir: "Sazişin 99 faizi demək olar ki, hazırdır və hazırda tamamlanması üzərində intensiv işlər davam etdirilir. Bütün bunları nəzərə alaraq deyərdim ki, Aİ ilə Azərbaycan arasında münasibətlərdə çox yaxşı və müsbət bir dinamika müşahidə olunub və biz bu əsasda işimizi davam etdirməliyik".

Növbəti ildə əməkdaşlığa gəlincə, diplomat vurğulayıb ki, hazırkı dinamika növbəti ildə də davam və inkişaf etdiriləcək, həmçinin konkret nəticələrin artırılmasına diqqət yetiriləcək: "Aviasiya ilə bağlı sazişin tamamlanması bunlardan biri ola bilər. Həmçinin hərtərəfli sazişlə bağlı növbəti il konkret nəticələr əldə oluna bilər".