YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Milli Məclis 2017-ci ili uğurla başa çatdırır

«Milli Məclisin payız sessiyası başa çatır. Biz həmçinin, qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlər belə deməyə əsas verir ki, bu bir ildə parlament səmərəli fəaliyyət göstərmişdir. 24 iclasda 472 qanun və qərar qəbul edilmişdir». Bu fikirləri  

Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin payız sessiyasının son iclasında çıxışı zamanı deyib.

 O.Əsədov bildirib ki, Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi mexanizmi daha da təkmilləşdirilmişdir. 

«Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. İl ərzində 50-dən çox ölkəyə 180-ə qədər səfər həyata keçirilmişdir. Millət vəkillərimiz Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə etmişlər. Bu il 65-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 150-dən artıq nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Beynəlxalq təşkilatların xətti ilə 5 beynəlxalq tədbirə ev sahibliyi edilmişdir. Beləliklə, Milli Məclis 2017-ci ili uğurla başa çatdırır. Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətinə görə cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə dövlət başçısını və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edirəm, dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıram!»-deyə, spiker vurğulayıb.

Bayramlar münasibəti ilə deputatları da təbrik edən O.Əsədov əmin olduğunu bildirib ki, qarşıdakı dövrdə Milli Məclis əldə etdiyi uğurları daha da artıracaq. 

DİGƏR Xəbərlər Arxiv