YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycan mətbuatı 2017-ci ildə dövlətimizin inkişafı prosesində əhəmiyyətli uğurları ilə yadda qaldı

“Yola saldığımız 2017-ci il Azərbaycan xalqı üçün bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı. Bu ilin əvvəlində Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi Onun vaxtında və dəqiqliklə atdığı çoxsaylı mütərəqqi addımlarından biri olaraq qiymətləndirilir”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 2017-ci ildə əldə edilən nailiyyətləri şərh edərkən deyib.

“Ümumiyyətlə, dövlət başçımızın təşəbbüsləri sayəsində ölkəmizdə müxtəlif beynəlxalq konfranslar və forumlar keçirildi, İslam Həmrəyliyi Oyunları və s. tədbirlər baş tutdu”- deyən, Bəhruz Quliyev bildirib ki, məhz bu baxımdan, ölkəmiz İslam ölkələri sırasında təşəbbüskar olmağı ilə yanaşı, eyni zamanda, beynəlxalq aləmdəki liderlik mövqeyini ortaya qoymuş oldu: “İstər dünyada, istərsə də müsəlman ölkələrində sülhün və əminamanlığın bərqərar olması istiqamətində atılan hər bir addım öz müsbət nəticələrini vermiş oldu. Xüsusilə, mətbuatımız bu cür böyük tədbirlərin işıqlandırılmasında, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında öz əhəmiyyətli rolunu oynadı. Qəzetlərdə və saytlarda, sosial şəbəkələrdə, keçirilən bütün tədbirlər çox peşəkarlıqla ictimailəşdirildi. Əbəs deyil ki, Azərbaycanda baş verən ictimai-siyasi, mədəniyyət və idman hadisələri ilə bağlı dərc edilən məqalələr xarici media qurumlarında da yayıldı”.

Bəhruz Quliyev onu da qeyd edib ki, ötən il ərzində digər sahələrlə yanaşı, mətbuatımızın inkişafı istiqamətində də ardıcıl, davamlı və uğurlu addımlar atıldı. “Ümumiyyətlə, qeyd edilənlərlə yanaşı, media sahəsi dinamik şəkildə fəaliyyət göstərdi.”-deyə vurğulayan Bəhruz Quliyevin sözlərinə görə, bu, ilk olaraq Azərbaycan mətbuatının daha böyük tərəqqiyə nail olmasının göstəricisi kimi qiymətləndirilə bilər: “Çünki Azərbaycan dövləti bu sahəyə kifayət qədər diqqət və qayğısını göstərməkdədir. Belə ki, həyata keçirilən dövlət siyasətinin işıqlandırılması həm də bu siyasətin tərkib hissəsi olaraq anlaşılır. Belə olan halda, ölkəmizdə mətbuatın daha böyük nailiyyətlərə imza ata bilməsi üçün ölkə rəhbərimiz tərəfindən zaman-zaman mühüm qərarlar verilməkdədir. Təbii ki, mətbuat da öz növbəsində ona göstərilən diqqət və qayğı qarşılığında dövlətimizin inkişaf prosesinə qoşulmaqala və dünyada bunun real mənzərəsini yaratmaqla, peşəkarlığını artırmaqla öz töhfəsini verir. Yəni mətbuat cəmiyyətin güzgüsü olmaqla həm də maarifləndirici bir sahədir. Cəmiyyətin maarifləndirlməsində mühüm yeri və rolu olan Azərbaycan mətbuatı fəaliyyəti ilə bunu təsdiq edib. Beləliklə, yola saldığımız ildə dövlətimizin inkişafı və tərəqqisi prosesində mətbuatımız üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlib”.

“Bu il mətbuat işçiləri üçün ikiqat bayram və sevinc hissləri ilə də yadda qalıb”-qeyd edən Bəhruz Quliyev Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün tikilən ikinci binadakı 255 mənzilin media təmsilçilərinin ixtiyarına verildiyini xatırladıb və bildirib ki, bu, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan növbəti addım idi: “Onu da xatırlatmaq istərdim ki, artıq üçüncü binanın inşasına başlanılıb və Prezident İlham Əliyev jurnalistlərlə görüşdəki nitqində bu kimi sosial layihələrin davamlı xarakter alacağını xüsusilə vurğulayıb: “Ümumiyyətlə, bu layihə dünyaya bir yeni model olaraq təqdim edilib və bu kimi mükafatlandırma kütləvi olaraq reallaşdırılıb”.

Baş redaktor Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun və Mətbuat Şurasının yola salınan il ərzindəki uğurlu fəaliyyəti barədə fikir bildirib: “Əlbəttə, Azərbaycan jurnalistikasının inkişafında Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun gördüyü işlər və əldə edilən uğurlu nəticələr də göz qabağındadır. Belə ki, 2008-ci ildə önə sürülən konsepsiyaya uyğun olaraq, mətbuatın fəaliyyəti stimullaşdırılıb, Fondun həyata keçirdiyi müxtəlif layihələr, çoxsaylı yazı müsabiqələri, araşdırma yazılarının işıqlandırılması cəmiyyətim maarifləndirilməsində, eləcə də jurnalistlərin peşəkarlıqlarının artırılmasında mühüm rolunu oynayıb. Həmçinin, Mətbuat Şurasının da fəaliyyətində bir sıra uğurlar əldə olunub. Reketçiliklə mübarizə istiqamətində görülən işlər öz səmərəli bəhrəsini verib. Ümumiyyətlə, yola saldığımız ildə əldə edilən hər bir uğur növbəti uğurlara doğru atılan mütərəqqi addım kimi dəyərləndirilə bilər. Bu xüsusda, tam əminliklə deyə bilərik ki, biz 2017-ci ili uğurla başa vurmaqla yanaşı, qarşıdan gələn 2018-ci ildə Azərbaycan mətbuatının daha böyük nailiyyətlərə imza atmış olacağı qənaətinə gələ bilərik”.

 

DİGƏR Xəbərlər Arxiv