Partiya xəbərləri
Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kompaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Ağdam rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurası, Gənclər Birliyinin fəalları, ilk partiya təşkilat sədrləri və YAP üzvləri iştirak ediblər. Rayonun Bayraq Meydanı ərazisində və Soltanbud meşəsində 1000 ədəd ağac əkilib. Ümumilikdə aksiya müddətində 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulub.