Partiya xəbərləri
YAP Şabran rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Şabran rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
Keçirilən növbəti ağacəkmə aksiyası zamanı rayon ərazisində 800 ağac əkilib.
Aksiyada Yeni Azərbaycan Partiyasının fəalları, könüllülər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Şabran rayon təşkilatından verilən məlumata görə, gələn ilin mayınadək davam edəcək aksiya çərçivəsində rayon ərazisində daha 6 min ağacın əkilməsi nəzərdə tutulur.