Xəbərlər
“Silahlı Qüvvələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Miili Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, yeni qanun layihəsində Azərbaycan Silahlı Qüvvələrinin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri müəyyənləşdirilib.
Müzakirlərdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.