Partiya xəbərləri
YAP Şəmkir rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiyasını keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Şəmkir rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində Şəmkirdə növbəti ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Şəmkir rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər. Rayon ərazisində park və bağlarda, xiyabanlarda, şəhərin mərkəzi küçələri də daxil olmaqla yeni meyvə ağacları və dekorativ ağaclar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Rayon təşkilatından verilən məlumata görə, ümumilikdə, aksiyalar zamanı 10000-dək ağac əkilib və 3000 ağacın bundan sonra əkilməsi nəzərdə tutulub. Kampaniya 2018-ci ilin mart ayının sonuna qədər davam edəcək.