Xəbərlər
Bakıda Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək
Sentyabrın 12-13-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək.
Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda hökumətlərarası komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin əlaqələndirilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması məsələsi müzakirə ediləcək. Eyni zamanda, Rusiyanın Energetika Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi tərəfindən hökumətlərarası sazişə müvafiq olaraq enerji sistemlərinin paralel işləməsinin təmin edilməsi barədə fikir mübadiləsi aparılacaq.