Xəbərlər
Türkiyəli nazir: Azərbaycanın “Expo-2025” sərgisinə ev sahibliyi etmək üçün böyük potensialı var

Türkiyə Azərbaycanın “Expo-2025” sərgisinə ev sahibliyi etməsində maraqlıdır və mümkün olan bütün dəstəyi verməyə hazırdır.
Bu fikri Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi bildirib.
Nazir Azərbaycanın Antalyada keçirilmiş “Expo-2016” və Astanadakı “Expo-2017” sərgilərində uğurla təmsil olunduğunu vurğulayıb. O, əminliklə bildirib ki, Azərbaycan “Expo-2025” ilə bağlı iddiasını gerçəkləşdirmək üçün böyük potensiala malikdir. Azərbaycanın bu iddiasını dəstəkləyənlər çox olacaq.