Xəbərlər
Rövşən Rzayev: Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın hüquqazidd hərəkətlərinə qarşı zəruri addımlar atılmalıdır
«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud status-kvonun qəbuledilməzliyi həmsədr dövlətlər səviyyəsində dəfələrlə bəyan edilib». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, mövcud status-kvo Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Onun sözlərinə görə, status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.
«Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlər mövcuddur. Bu, beynəlxalq hüquq normalarına ziddir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar tərəfindən hüquqazidd hərəkətlərə qarşı zəruri addımlar atılmalıdır»-deyə, deputat qeyd edib.