YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın xarici işlər naziri: Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcək

Pakistan Azərbaycana Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyi genişləndirməkdə davam edəcək. Bu barədə Trend-ə özəl müsahibəsində Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif deyib.

Onun sözlərinə görə, Pakistan Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutur və qardaş Azərbaycanı bununla bağlı bütün forumlarda dəstəkləyir.

Nazir deyib: "2012-ci ildə Pakistan Senatı müvafiq qətnamə qəbul edərək Xocalı qətlyamını soyqırım kimi tanıyıb. Pakistan Milli Məclisinin Beynəlxalq Münasibətlər Komitəsi isə erməni qoşunlrarının Dağlıq Qarabağdan çıxarılmasına çağıran qətnamə qəbul edib".

Pakistan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatından danışaraq agentliyin həmsöhbəti vurğulayıb ki, bu format çərçivəsində tərəflər bir çox regional və beynəlxalq məsələlər üzrə, o cümlədən Kəşmir, Cammu və Dağlıq Qarabağ məsələsində ümumi mövqedən çıxış edir.

Məhəmməd Yusif həmçinin Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq məsələsinə toxunub. Nazirin sözlərinə görə, hər iki ölkə bir birinin təcrübəsini öyrənir, xüsusilə də, Pakistan Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün təlimlərin keçirilməsini təklif edib.

Nazir deyib: "Pakistan mükəmməl inkişaf etmiş və texniniki cəhədtən qabağçıl hərbi-sənaye kompleksinə malikdir və biz səbirsizliklə bu sahədə Azərbaycanla əməkdaşlığın həyata keçirilməsini gözləyirik".