Xəbərlər
Prezident İlham Əliyev rabitə və yüksək texnologiyalar sahəsi işçilərini təltif edib
Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətlərinə görə 1 nəfər “Əməkdar mühəndis” fəxri adına, 8 nəfər “Tərəqqi” medalına, 1 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.