Xəbərlər
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya səfərə gəlir
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar dekabrın 4-5-də Bakıya səfər edəcək.
Bu barədə Avropa İttifaqının Bakı ofisindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçiriləcək. Ofisdən bildiriblər ki, səfərdə əsas məqsəd Aİ-Azərbaycan münasibətlərini və ATƏT-in Minsk qrupunun apardığı sülh prosesini müzakirə etməkdir.