YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Bəyannaməsində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəti dəstək ifadə olunub

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşünün nəticəsi olaraq imzalanmış Bakı Bəyannaməsində nazirlər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğulayıblar.

Nazirlər ölkələrinin yerləşdiyi müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınadılar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu, beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğulayıblar.

 

DİGƏR Xəbərlər Arxiv