YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir

Noyabrın 30-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək tarix boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə mehribanlıq şəraitində yaşamasının Azərbaycan xalqının ən böyük dəyərlərindən və sərvətlərindən biri olduğunu bildirib. O, gənclərimizin multikulturalizm və tolerantlıq mühitində yetişdirilməsinin vacibliyindən danışıb.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və “Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Bəxtiyar İslamov və digərləri çıxışlarında Azərbaycanda dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, nümunəvi dini tolerantlıq modeli, eyni zamanda, ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin gənclər tərəfindən beynəlxalq ictimaiyyət arasında təbliği və s. mövzulardan danışıblar.

Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gənclər Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Konfrans işini davam etdirir.