YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Başqa qaz hasilatçıları da “Cənub Qaz Dəhlizi”nə qoşula bilərlər

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsi üzrə əsas konsepsiyalardan biri olan “Cənub Qaz Dəhlizi” layihəsinə başqa qaz hasilatçılarının, o cümlədən Xəzər regionu ölkələrinin qoşulacağı da gözlənilir.

Bu barədə Aşqabadda Enerji Xartiyası Konfransının “Gələcəyin dayanıqlı energetika təminatı və nəqletmə marşrutlarının şaxələndirilməsi məqsədilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr edilmiş 28-ci sessiyasında danışılıb.

Azərbaycanın enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verdiyini qeyd edən SOCAR prezidentinin müşaviri Murad Heydərov deyib: “Enerji təhlükəsizliyi məsələləri təkcə qaz istehlakçılarına deyil, həm də istehsalçılarına aiddir. Azərbaycan öz öhdəliklərini, Avropa İttifaqı (Aİ) ölkələrinin alternativ qazla təmin edilməsinə dair Aİ ilə imzaladığı razılaşmanı yerinə yetirir. “Cənub Qaz Dəhlizi” layihəsi iki məsələni həll edir: o, istehlakçıları alternativ qazla təmin edir, eyni zamanda bu qaz alternativ yolla nəql olunur. Uzun onilliklər ərzində ilk dəfə Avropa bazarı qaz tədarük etməyən mənbədən alternativ qaz alacaq. Eyni zamanda, biz hesab edirik ki, “Cənub Qaz Dəhlizi”nin böyük strateji əhəmiyyəti var və o, təkcə 2020-ci ildən başlayaraq Avropaya nəqli olunacaq 10 milyard kubmetr qazla kifayətlənməyəcək. Biz güman edirik ki, başqa qaz hasilatçıları, o cümlədən Xəzər regionu ölkələri də “Cənub Qaz Dəhlizi”nə qoşulacaqlar”. M.Heydərov onu da bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına 40 milyard ABŞ dolları sərmayə yatırılıb.