Xəbərlər
Binəli Yıldırım: BTQ beynəlxalq yükdaşımaların ayrılmaz tərkib hissəsidir
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi beynəlxalq yükdaşımaların ayrılmaz tərkib hissəsinə çevrilir.
Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. /Trend/
Nazirin sözlərinə görə, dəmir yolu təkcə region ölkələri arasında ticarət dövriyyəsini yox, həm də Avropa ilə Asiya arasında yük daşımalarının həcmini artıracaq.