Xəbərlər
Bakıda Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək
Noyabrın 30-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.