YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır

«Bu günlərdə biz Yeni Azərbaycan Partiyasının yaranmasının 25-cü ildönümünü böyük təntənə ilə qeyd edirik. Yubiley tədbirlərində həm ötən 25 ildə partiyamızın qazandığı nailiyyətləri haqlı olaraq qürurla qeyd edirik, həm də müstəqil Azərbaycan dövləti ilə yanaşı addımlayan partiyamızın bu illər ərzində keçdiyi yola bir daha nəzər salırıq. Bir fikri mütləq və tam obyektiv olaraq qeyd etməliyik ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının əsas güc mərkəzi, lokomotividir. Biz bu fikri vurğulayarkən sadəcə olaraq partiyamızın siyasi marafonlarda qazandığı nailiyyətlərə istinad etmirik, bu gerçəkliyi şərtləndirən ən əsas məqamlardan biri də şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan dövlətçiliyinin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına verdiyi mühüm töfhələrdir. Bəli, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, hazırda öz sıralarında 700 min nəfərdən artıq Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.

«Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət gətirdi. Bu siyasi mədəniyyət bütövlükdə milli mədəniyyətimizi keyfiyyətcə yeni mərhələyə daşıdı. 25 il ərzində YAP böyük inkişaf yolu keçib. Hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Azərbaycan Heydər Əliyev siyasəti, Heydər Əliyev dəst-xətti ilə cənab Prezidentimiz İlham Əliyev tərəfindən idarə edilir və bütün dünya dövlətləri arasında öz sözünü deməklə yanaşı seçilən dövlətlər sırasında yer almağa nail olub. Azərbaycan xalqının iradəsini ifadə edən cənab Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Yeni Azərbaycan Partiyasını fərqləndirən digər bir mühüm cəhət isə partiyamızda cəmiyyətin bütün təbəqələrindən olan insanların fəal təmsilçiliyinə şərait yaradılmasıdır. Bu gün Azərbaycan gəncləri öz siyasi gələcəklərini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayır, burada Azərbaycan dövlətçiliyinə xidməıt etmək, özlərini inkişaf etdirmək imkanı qazanırlar. O cümlədən bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizin fəal qadınları üçün də geniş imkanlar təqedim edir. Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki partiyamızda təmsil olunan yüzminlərlə qadınlarımız, o cümlədən bütövlükdə Azərbaycan qadını üçün nümunə və həyat məktəbi sayılır.

Mən bir daha yubiley münasibəti ilə sizləri təbrik edir, əminliklə vurğulayıram ki, bundan sonra da partiyamız Ulu öndərimizin ideya və siyasi xəttinə sadiq qalaraq dövlətimizə, xalqımıza uğurla xidmət edəcək. Çünki Ümummilli liderimiz, partiyamızın qurucusu Heydər Əliyevin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin,  bu günün və gələcəyin partiyasıdır»- deyə, S.Qafarova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv