Xəbərlər
Azərbaycan İKT-ın inkişafı üzrə Cənubi Qafqazda liderdir
Azərbaycan 176 ölkə arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı reytinqində 65-ci yerdə qərarlaşıb. Ölkəmiz bu reytinqdə Cənubi Qafqaz ölkələri arasında liderdir.
Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumatda bildirilir.
Reytinqdə lider İslandiyadır. İlk beşliyə həmçinin Cənubi Koreya, İsveçrə, Danimarka və Böyük Britaniya daxil olub.
Rusiya 45-ci yerdə qərarlaşıb, Qazaxıstan - 52, Moldova isə 59-cu olub. Ermənistan 75-ci yerdə, qonşu Gürcüstan isə 74-cü pillədə qərarlaşıblar.
MDB ölkələri arasında bu sahədə 176 ölkə içində 32-ci olan Belarus liderlik edir.
İlk onluğa həmçinin Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya daxil olublar.