Xəbərlər
Mətbuat Şurasının sədri: Hərbi sahə ilə bağlı jurnalistlər üçün treninqlər keçiriləcək
«Dünya təcrübəsində normal KİV-lər daxili prosesləri obyektiv işıqlandırır. Lakin milli maraqlar məsələsinə gələndə KİV-lər dövlətin milli maraqlarını unutmurlar». Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, cəbhə bölgəsində son baş verən olaylar zamanı Azərbaycan mediası missiyasını düzgün yerinə yetirə bilmədi. Onun sözlərinə görə, hərbi sahədə KİV-lərin əməkdaşlığı ilə əlaqədar Mətbuat Şurası Müdafiə Nazirliyi ilə danışıqlar aparır.
«Bu məsələ ilə bağlı jurnalistlər üçün treninqlər keçiriləcək. Həmçinin, jurnalistlərin cəbhə bölgəsinə aparılması nəzərdə tutulur. Jurnalistlər tənqiddə azaddırlar. Amma dövlət sirrləri, hərbi sirlər qorunmalıdır»- deyə, Ə.Amaşov qeyd edib.