Xəbərlər
Şəmsəddin Hacıyev: Qlobal miqyaslı layihələr böyük siyasi və iqtisadi dividentlər gətirəcək

«Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət ölkəmizə mühüm nailiyyətlər qazandırır». Bu fikri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, son iki ayda baş verən mühüm hadisələr buna sübutdur. Onun sözlərinə görə, “Yeni əsrin layihəsi” adlandırılan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması və Bakı-Tbilisi Qars dəmir yolunun açılışı bu baxımdan çox önəmlidir.
«Azərbaycanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan qlobal miqyaslı hər iki layihə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, siyasi və iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, respublikamıza böyük siyasi və iqtisadi dividentlər gətirəcək»- deyə, deputat qeyd edib.