YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş katib: Müsəlman Dünyası Liqası Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində oktyabrın 31-də Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirən Müsəlman Dünyası Liqasının Baş katibi ikitərəfli əlaqələrin qarşılıqlı hörmətə və İslam irsinə əsaslandığını bildirib. O, Azərbaycanın müsəlman ölkələri arasında İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində göstərdiyi bütün səylərin yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, İslam dünyasına aid problemlərin həllində Azərbaycanın fəal rol oynaması onun bütün müsəlman ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələrini genişləndirməsinin dövlətimizin xarici siyasət xəttinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Dövlətimizin daim İslam həmrəyliyi və dinlərarası dialoqun tərəfdarı olduğunu vurğulayan Komitə sədri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin onun müsəlman aləmi ilə münasibətləri genişləndirməyə yönəlik siyasətindən irəli gəldiyini bildirib.