Xəbərlər
Siyavuş Novruzov: Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır
Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır. Bunu MM-in deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni sazişin müzakirəsi zaman deyib.
S.Novruzovun sözlərinə görə, o vaxt prezidentliyə namizəd olmaq istəyənlər var idi ki, bu sazişi dəstəkləmirdilər: "Həmin şəxslər bu sazişi xülya adlandırırdılar, lakin tarix sübut etdi ki, o adamların fikirləri xülyadır".
Deputat bildirib ki, bu gün bu saziş Azərbaycana böyük faydalar gətirir, ölkəmizin inkişafında mühüm rol oynayır.