Xəbərlər
Gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrləri ilə görüşü olacaq
Noyabrın ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir deyib ki, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.