YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Beynəlxalq təşkilatlar işğalçıya qarşı beynəlxalq hüquq normaları çərçivəsində münasibət göstərməlidirlər

«Ermənistanın işğalçılıq siyasəti bütün beynəlxalq təşkilatlara məlumdur. Bu təşkilatlar işğalçıya qarşı beynəlxalq hüquq normaları çərçivəsində münasibət göstərməlidirlər». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğulu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, dünya birliyi işğalçı dövlətə qarşı ciddi təzyiqlər göstərməlidir. Onun sözlərinə görə, məhz təzyiq və sanksiyalar nəticəsində Ermənistan öz təcavüzkar siyasətindən əl çəkə bilər.

«Qafqazda sülhü bərqərar etmək üçün zəruri addımlar atılmalıdır. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanı işğalçı siyasətindən əl çəkməyə məcbur etmək üçün qəti addımlar atmalıdırlar»-deyə, deputat vurğulayıb.