YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Olqa Savran: “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizədə mühüm rola malikdir

Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri vətəndaşlara gözəl xidmət göstərir. Bu mərkəzlərin sayının gündən-günə artması təqdirəlayiqdir. “ASAN xidmət” mərkəzlərinin yaradılması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ən səmərəli tədbirlərdəndir. Mən Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı məruzəmdə qeyd etmişdim ki, “ASAN xidmət” mərkəzləri ölkənizin korrupsiyaya qarşı mübarizəsində ən kəsərli vasitədir və dövlətin vətəndaşlara xidmətinin təmini sahəsində mühüm uğurlardan biridir.

Bu sözləri oktyabrın 27-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri xanım Olqa Savran jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan O.Savran bildirib ki, bu mərkəzlər digər ölkələr üçün çox yaxşı nümunədir. Bu, çox yaxşı yanaşmadır. “Korrupsiyaya qarşı preventiv tədbirlər sahəsində Azərbaycanın brendinə çevrilmiş “ASAN xidmət”in nümunəsinin həm regiondakı digər ölkələrdə tətbiqinin, həm də OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin üzvü olan ölkələr arasında da təşviqinin faydalı olacağını düşünürəm. Bu, korrupsiya ilə mübarizəyə qarşı çox səmərəli yoldur və belə mərkəzlər mühüm rola malikdir. İnanıram ki, bu təcrübənizi digər ölkələrlə bölüşməyə davam edəcəksiniz”, - deyə o qeyd edib.

Qonaq oktyabrın 25-dən 27-dək Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Hüquq Mühafizə Orqanları Şəbəkəsinin 8-ci görüşünün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.