YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: “Siyasi partiyalar haqqında” qanun sərtləşdirilə bilər

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinə siyasi partiyaların və ictimai birliklərin maliyyələşdirilməsi ilə bağlı çoxsaylı təkliflər daxil olub. Bu barədə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, dünyada siyasi partiyaların, o cümlədən ictmai təşkilatların maliyyələşdirilməsinin müxtəlif forma və vasitələri var: “Azərbaycanda siyasi partiyalar dövlət büdcəsindən, üzvlük haqlarından və vətəndaşların ianələri hesabına maliyyələşir. İstər dövlət büdcəsindən, istərssə də üzvlük haqlarından, vətəndaşların ianə və yardımlarından maliyyələşən siyasi partiyalar şəffaflığın təmin olunması üçün aidiyyatı orqanları, bu olmadıqda isə ictimaiyyəti məlumatlandırmalıdır. İndiyədək , yəni qanuna dəyişiklik edilənədək YAP-dan başqa heç bir siyasi partiya maliyyələşdirilməsi ilə bağlı ictimaiyyətə məlumat verməyib. Digər siyasi partiyalar da bunu etməyib. Soruşanda da təzyiq hesab edirdilər. Çünki onların maliyyələşməsində şəffaflıq yoxdur, orada qaranlıq məqamlar var.”

Siyavuş Novruzov bildirib ki, sonradan qanuna dəyişkik edildi ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasının rəsmi saytında rüblük və illik maliyyə hesabatlarını, gəlirləri və xərcləri barədə məlumatlar dərc etsinlər: “Burada söhbət yalnız siyasi partiyalardan getmir. Eyni zamanda siyasi partiyalarda çalışan insanların əmək haqqından, əmək haqlarının vergiyə cəlb olunmasından, sosial müdafiəsindən və başqa təminatlardan söhbət gedir. Burada həm də siyasi patiyalarda çalışan insanların əmək müqaviləsinin olmasının vacibliyini, pensiya fonduna ödəmələrinin olmasını və gələcəkdə pensiya təminatını nəzərə alaraq qanuna dəyişiklik edilib”.

Maliyyə hesabatını təmin etməyən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir

Komitə sədrinin sözlərinə görə, siyasi partiyaların maliyyələşdirilməsi şəffaf olmadığından partiya üzvlərinin çox fərqli həyat tərzi var: “Bu səbəbdən patiyanın bir üzvünün çox yaxşı təminatı var, digəri isə yaşayışını çox çətinliklə təmin edir. Bu səbəbdən də “Siyasi Partiyalar haqqında” qanunda maliyyələşmənin şəffaflığının təmin edilməsi üçün MSK-ya hesabat verilməsi əksini tapıb”.

Siyavuş Novruzov hesab edir ki, qanuna maliyyə hesabatı təqdim etməyən qurumlarla bağlı da müddəa əlavə edilməlidir. Onun sözlərinə görə, komitəyə bununla bağlı təkliflər daxil olmaqdadır.

“Təklif ondan ibarətdir ki, hər bir siyasi partiya şəffaflığın təmin olunmasında əməli-salehdirsə, maliyyə təminatını düzgün həyata keçirirsə hesabat verməlidir. Hesabat vermədiyi təqdirdə bir neçə mərhələli şəkildə addımlat atılmalıdır. Birinci həmin təşkilatlara xəbərdarlıq olunmalıdır, ikincisi onlar haqqında müvafiq məhkəmələrə müraciət edilməlidir, üçüncüsü maliyyə hesabatını təmin etməyən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir”, -deyə, Siyavuş Novruzov qeyd edib.

Mitinlqlərin hamısı eyni mərkəzdən idarə olunur

Siyavuş Novruzov bildirib ki, mitinlqlərin hamısı eyni mərkəzdən idarə olunur: “Mitinqlər Azərbaycanın müstəqil şəkildə atdığı hər hansı addım və siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məsələn, Azərbaycanda neft müqavilələrinin yenişləşməsindən bir ay öncə Avropa və Amerika mətbuatında anti-Azərbaycan mövqeyində məqalələr dərc olunmağa başladı. Azərbaycana qarşı korrupsiya ilə bağlı ittihamlar başladı. Hansı ki, bunların əlində heç bir əsas yox idi. Eyni zamanda da Azərbaycanda müxalifət partiyalarının bir hissəsi mitinq keçirmək barədə qərar qəbul etdi. Bu,sözlə görünəndir ki, bunların hamısı eyni mərkəzdən idarə olunur, erməni lobbisi, onlara xidmət göstərən müəyyən siyasətiçilər, qeyri-hökumət təşkilatlarıdır.”

Kozlariç Azərbaycandan nə istəyir?

Siyavuş Novruzov  qeyd edib ki, Azərbaycanda keçmişdə səfir işləmiş Kozlariç və onun ətrafında olan adamlar Azərbaycanda maraqları həyata keçmədiyi tərzdə, hər hansı bir institutda professorluq edib təhsillə, tədrislə məşğul olmaq əvəzinə Azərbaycandan yenə də əl çəkmir: “Sual olunur, Amerikanın 200-dən çox dövlətdə (hər dövlətdə də bir neçə səfir olub) səfiri olub. Onların hər biri fəaliyyəti başa çatdıqdan sonra lazımi dövlət orqanına hesabatını verib öz işi ilə məşğul olub. Kozlariç Azərbaycandan nə istəyir? Azərbaycanla heç bir bağlılığı yox, demokratiyaya aidiyyatı yox, insan hüquqlarına aidiyyatı yox. Bu adam bir institutun professorudur. Amma, mütəmadi olaraq Azərbaycan haqqında bəyanatlar yaymaqla məşğuldur. Burdan da görünür ki, Azərbaycanda marağı olan, maliyyə marağı olan qüvvələrin əlində bir alətdir. O cümlədən, Azərbaycanda müxalifətin bir hissəsi, onlar da alətdirlər. Hansı tərəfə çevirirlər, bunlar o tərəfə də addımlar atmaqla məşğuldur.”

“Azərbaycanın güclənməsi, məsələn yeni silahların alınması, o cümlədən Azərbaycan Ordusunun təchizatı, təminatı (bu gün bütün dünyada bu qeyd olunur) Ermənistanı qorxuya saldığı üçün, erməni əhalisi arasında ciddi panika yaratdığı üçün, erməni əhalisi ciddi qorxuya düşdüyü üçün, Ermənistanda yaşayan insanlar Dağlıq Qarabağda xidmətə öz övladlarını göndərmək istəmədikləri barədə bəyanat yaydığı anda Azərbaycan müxalifətinin bir hissəsi çıxış edərək qeyd edir ki, Azərbaycandakı silahlar köhnədir. Azərbaycan müdafiə sistemində korrupsiya var. Bunlar guya köhnə silahlar alıblar. Bunlar qəti şəkildə yalandır, özü də ağ yalandır. Bu birbaşa erməni mətbuatına, erməni ictimaiyyətinə xidmətin bariz nümunəsidir. O baxımdan da bunların keçirdiyi aksiyaların heç biri Azərbaycan xalqının maraqlarına xidmət etmədiyinə görə elektorat və sosial baz olmur və bundan sonra da olmayacaq”.- deyə, Siyavuş Novruzov bildirib.