YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Qadınların hüquqlarının qorunması qloballaşma prosesinin inkişafında mühüm yer tutur

«Qadınların hüquqlarının qorunması qloballaşma prosesinin inkişafında mühüm yer tutur». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, bu, Azərbaycanın gender bərabərliyi ilə bağlı qanununda, eləcə də ölkənin siyasi həyatını tənzimləyən bir sıra digər qanunvericilik aktlarında öz əksini tapıb. Onun sözlərinə görə, siyasi hakimiyyətin iradəsi ilə ölkəmizdə qadınların problemləri ilə məşğul olan komitə yaradılıb və neçə illərdir ki, uğurla fəaliyyət göstərir.

«Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və mükəmməl milli qanunvericilik bazası yaradılıb. Hüquqi nöqteyi-nəzərdən demək olar ki, Azərbaycanda kişi və qadınlar arasında qeyri-bərabərlik iqtisadi, sosial, eləcə də siyasi həyatın bütün sahələrində praktik olaraq aradan qaldırılıb. Lakin təəssüf ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan gender siyasətinin tənzimlənməsi və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün təqdim olunan bütün uğurlu layihələr təqdirəlayiqdir»- deyə, komitə sədri vurğulayıb.