Xəbərlər
Azərbaycan və İran gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib
Azərbaycan və İran gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib. Müzakirə oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Azərbaycanda səfərdə olan İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşündə aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri Aydın Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlən¬diril¬məsi və davamlı inkişafına töhfə verdiyini qeyd edərək istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb. DGK sədri A.Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.