YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tariq Hamza Zeynəlabdini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tariq Hamza Zeynəlabdini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E.Məmmədyarov T.H.Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan və Sudan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. T.H.Zeynəlabdin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) təcrübəsinin Sudanda böyük maraqla qarşılandığını qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çəkib.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi bildirilib. Bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində Sudanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.