YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir

«Ölkəmizdə aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təsərrüfatı innovativ əsaslarla inkişaf etdirilir və yüksək məhsuldarlığa nail olunur.

«Yeni çağırışlar Azərbaycanda da aqrar sektorun yeni yanaşmalarla inkişaf etdirilməsinin aktuallığını artırıb. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaq.Aqrar sektorun intensiv inkişafını şərtləndirən amillər sırasında həmçinin suvarma məsələləri də böyük önəm daşıyır. Respublikanın icməli və suvarma su təminatının yaxşılaşdırılması baxımından Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarının inşası tarixi nailiyyətdir. Bəhs olunan anbarların istifadəyə verilməsi regionlarda minlərlə hektar suvarılan torpaqların su təminatının yaxşılaşmasına, eyni zamanda, dövriyyəyə yeni torpaqların cəlb edilməsinə münbit zəmin yaradıb»-deyə, komitə üzvü qeyd edib.