Gündəm
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimizin aparıcı siyasi qüvvələri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq eyni zamanda xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.” Bu sətirlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinə təbrik məktubunda yer almışdır.