Xəbərlər
TAP-ın tikintisi çərçivəsində ilk turbo kompressorları Yunanıstana çatdırılıb

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində ilk turbo kompressorları Yunanıstana çatdırılıb.
Bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, ilk turbo kompressorların Yunanıstana gətirilməsi 3 həftə çəkib. Onlar Kipoidəki kompressor stansiyasında quraşdırılacaq.