Xəbərlər
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan ordusunun bölmələri sentyabrın 2-də Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.