Xəbərlər
Drahoslav Stefanek: Bakı mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə fikir mübadiləsi aparmaq üçün ən gözəl yerlərdən biridir
Bakı mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə fikir mübadiləsi aparmaq üçün ən gözəl yerlərdən biridir.
Bu sözləri mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün həmsədri, Slovakiyanın Avropa Şurasındakı daimi nümayəndəsi Drahoslav Stefanek deyib.
O qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda digər dinlərə sitayiş edən insanlar da dinc, sülh şəraitində yaşayırlar.
Bakıda katolik kilsəsində təmsil olunan 8 slovakla görüşdüyünü deyən qonaq, onların Azərbaycandakı dini azadlıqdan çox razı qaldıqlarını vurğulayıb.