Xəbərlər
Prezident İlham Əliyev Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb
Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev cari ilin oktyabr-noyabr aylarında Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Forumun və Çempionatın keçirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılıb.