YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı Sevinc Fətəliyevanın hazırladığı məruzə AŞPA-nın komitə iclasında müzakirə olunub

Avropa Şurası Parpalament Assambleyasının payız sessiyasında təşkilatın Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin iclasında Azərbaycanın deputatı, qurumun Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyevanın hazırladığı məruzə müzakirə edilib.

Sevinc Fətəliyevanın hazırladığı “Silahlı münaqişələrdə zərər çəkən uşaqların müdafiəsi” adlı məruzə komitədə ciddi müzakirələrə yol açmaqla, sənədin dolğun və münaqişələr nəticəsində zərərçəkən uşaqların müdafiəsi sahəsində əsas problemlərə toxunulduğu qeyd olunub.

Məruzə yalnız Avropa Şurasına üzv ölkələrdə deyil,  bütün dünyada müharibə və münaqişələrdə əziyyət çəkən uşaqların vəziyyətini əks etdirir. Bu münaqişələrdə uşaqlara dəyən ən dəhşətli fəsadlar onların üzləşdiyi zorakılıqlar, bu zorakı halların normallaşdırılması, onların psixologiyasına vurulan psixoloji travmalar, valideyn itkisi, bu münaqişələrdə uşaqların əsgərə dönüşü və digər faktlar, həmçinin yaranmış durumda uşaqlara necə yardım etmək, gələcəkdə uşaqların belə hallarla üzləşməməsi üçün dünya birliyinin hansı addımlar atması kimi məsələlərin həlinin vacibliyi qeyd olunub.

Müzakirələr zamanı AŞPA-nın deputatları sənədlə bağlı öz fikirlərini bildiriblər. Qeyd edək ki, məruzə dekabr ayında bir daha həmin komitədə müzakirə olunacaq. Sənəd 2018-ci ilin yanvar ayında isə AŞPA-nın qış sessiyasının müzakirəsinə çıxarılacaq.