Xəbərlər
Azərbaycanın hərbi dənizçilərinin İrana səfəri başa çatıb
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İran İslam Respublikasına dostluq səfərini başa çatdıraraq Vətənə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilərimiz oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.