Xəbərlər
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri: Regiona səfərimi səbirsizliklə gözləyirəm

ATƏT-in Minsk qrupunun yeni həmsədri Endryu Şefer yaxın həftələrdə regiona səfər edəcək.
Bu barədə Trend-ə E.Şefer məlumat verib.
O qeyd edib: "Yaxın həftələrdə həmkarlarımla - həmsədrlər İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) ilə birgə regiona səfərimi səbirsizliklə gözləyirəm".
Yeni həmsədr səfərlə bağlı təfərrüatları açıqlamayıb.