Xəbərlər
Flora Qasımova: Ermənistan müxtəlif bəhanələr və təxribatlarla sülh danışıqları pozur
«Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova bildirib ki, münaqişənin həll olunmamasının səbəbkarı işğalçı Ermənistandır. Onun sözlərinə görə, Ermənistan müxtəlif bəhanələr və təxribatlarla sülh danışıqları pozur.
«Eyni zamanda, ermənilərin xarici havadarları bu problemin həllinə imkanvermirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri də öz vəzifələrini regiona səfər etməkdə görürlər. Əgər həmsədr dövlətlər istəsələr Ermənistanı sülhə məcbur edə bilərlər. Amma bunu istəmirlər. Əgər vəziyyət belə davam etsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək»- deyə, deputat qeyd edib.