Xəbərlər
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev sentyabrın 15-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə bir nəfər “Xalq artisti”, yeddi nəfər “Əməkdar artist”, üç nəfər “Əməkdar müəllim”, iki nəfər isə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.