Xəbərlər
Azərbaycanın müdafiə naziri İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub
İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.