Xəbərlər
Azərbaycanın Beyrutdakı səfiri Livan parlamentinin sədri Nəbih Berri ilə ölkələrimiz arasında ikitərəfli münasibətləri müzakirə ediblər
Azərbaycanın Beyrutdakı səfiri Ağasəlim Şükürov Livan parlamentinin sədri Nəbih Berri ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Hökumətinin beynəlxalq vasitəçilərin də iştirakı ilə apardığı danışıqlar barədə ətraflı məlumat verilib.
Görüş Livanın yerli KİV-ləri tərəfindən geniş işıqlandırılıb.