Xəbərlər
Aydın Hüseynov: Hər bir azərbaycanlı Mehriban xanım Əliyevanı sadə, qayığıkeş, insanların problemlərinə xüsusi həssaslıqla yanaşan şəxsiyyət kimi qiymətləndirir
«Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ulu öndəri Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik etməsi və bu Fond vasitəsilə reallaşdırdığı çoxsaylı humanitar, sosial layihələr, xeyriyyəçilik fəaliyyəti minlərlə insanın həyatında unudulmaz hisslər buraxmışdır. Məhz bu baxımdan, hər bir azərbaycanlı Mehriban xanım Əliyevanı sadə, qayığıkeş, insanların problemlərinə xüsusi həssaslıqla yanaşan şəxsiyyət kimi qiymətləndirir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüsyenov deyib.
A.Hüseynov bildirib ki, Heydər Əliyev Fondunun analoqu olmayan beynəlxalq layihələr həyata keçirməsi, dünyanın zəngin mədəniyyət irsinə göstərdiyi diqqət və qayğısı Mehriban xanımın bu arealda olan nüfuzunun daha da yüksəlməsinə zəmin yaratmış oldu. Onun gördüyü hər bir iş, o cümlədən, YUNESKO və İSESKO kimi mötəbər qurumların xoşməramlı səfiri olması Azərbaycanın adını ali məqamlara ucaltmış oldu. «Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasının Sədr müavini kimi davam etdirməklə, ölkəmizin, dövlətçiliyimizin inkişafı istiqamətində öz ardıcıl töhfələrini verməkdədir. Əminliklə söyləyə bilərik ki, sayı 700 min nəfəri ötən və ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası xalqımızın avanqard siyasi qüvvəsi olaraq, Ümummilli lider Heydər Əliyev ideologiyasını əməli şəkildə yaşadır. Mehriban xanımın YAP-nın Sədr müavini olaraq, partiyamızın ideoloji prinsiplərinin cəmiyyətdə milli dəyərlərin təşəkkül tapması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər eyni zamanda milli həmrəyliyin qorunmasına əvəzsiz töhfələrini verməkdədir»- deyən, YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Mehriban xanımın yorulmadan gördüyü işlər xalqımız tərəfindən onun potensialının ali göstəricisi olaraq qiymətləndirildi və bu danılmaz faktor onun Milli Məclisdə millət vəkili titulundakı fəaliyyətində də sübuta yetirildi. Çünki xalq arasında qazandığı məhəbbət, hörmət və inam hissi Mehriban xanım Əliyevanın sadəliyindən, insanların qayğısına yanaşma tərzindən doğan məntiqi nəticənin göstəricisi idi. Millət vəkilliyi dönəmində onun on minlərlə məhbus ailələrinə sevinc yaşatmaq, bu ailələrin qəlblərinə bayram ovqatı qatmaq üçün çoxsaylı təşəbbüslərlə çıxış etməsi, aztəminatlı ailələrin sosial təminatlarının yaxşılaşdırılması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə müzakirəyə çıxarılan qanun layihələrində iştirakı hazırda hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılanmaqdadır.
«Dövlətimizin başçısı cənab İlham Əliyevin Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin etməsi qərarı xalqımız tərəfindən xoş duyğularla qarşılandı. Söz yox ki, hər bir azərbaycanlı bu cür yüksək dövləti vəzifədə Mehriban xanımı görməkdən sonsuz qürur hissi keçiriməkdədir. Bu isə əbəs deyil. Çünki müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. Bu baxımdan, hər birimiz əminik ki, Mehriban xanıma xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləri, təşkilatçılıq qabiliyyəti onun dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməsinə kömək göstərəcək.