YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanı çox narahat edir

Azərbaycanın beynəlxalq münasibətlərdə nüfuzu, gücü, iqtisadi imkanları hər ötən gün artığından Ermənistan bu şəraitdə öz işğalçı siyasətini davam etdirməkdə çətinlik çəkir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir:

“Regionun hazırkı şərtləri Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafını tələb edir. Belə olan vəziyyətdə Ermənistan çox narahat olur. Çünki başa düşür ki, uzunmüddətli perspektivdə öz işğalçılıq siyasətini həyata keçirə bilməyəcək. Ona görə də Rusiyaya qarşı ikibaşlı oyun oynamağa çalışır, ilk fürsətdə də öz tarixi müttəfiqinə xəyanət etmək yolunu tutub. Ermənistanın son hərəkətlərində bu, aydın görünür. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, buna paralel olaraq da NATO ilə əməkdaşlıq etməyə çalışır, eyni zamanda, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında fəal iştiraka səy göstərir”.

H.Babaoğlu vurğulayıb ki, Ermənistan bir tərəfdən Azərbaycanı hədələyərkən KTMT-yə istinad edirsə, başqa bir tərəfdən də NATO-nun keçirdiyi təlimlərdə iştirak edir:

“Göründüyü kimi Ermənistan bir əldə iki qarpız tutmağa cəhd göstərir. Amma bu, mümkün olmayacaq. Rusiya da bilməlidir ki, Ermənistana güvənmək olmaz, Ermənistanı strateji müttəfiq gözündə görmək olmaz. Çünki əgər Rusiyanın beynəlxalq münasibətlərdə mövqeyi bir az da zəifləyərsə, Ermənistan dərhal ona xəyanət edəcək”.