Xəbərlər
Ziyad Səmədzadə: Ölkəmiz iqtisadi baxımdan daha böyük nailiyyətlər qazanacaq
«Bu gün milli iqtisadiyyatımızın inkişafı prosesində çox böyük nailiyyətlər əldə edilir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, hazırda iqtisadiyyatın dinamik inkişafının həyata keçirilməsi istiqamətində düşünülmüş siyasət həyata keçirilir.
«Bu siyasət həmçinin, gələcək perspektivlərə hesablanıb. Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycan iqtisadi baxımdan daha böyük nailiyyətlər qazanacaq»- deyə, komitə sədri vurğulayıb.