Xəbərlər
Dövlət başçısının Sərəncamı ilə Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əlavə vəsait ayrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.