Xəbərlər
Ulrike Andres: TAP qaz boru kəməri layihəsinin 47 faizi icra edilib
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin 47 faizi icra edilib.
Bunu boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib.
“TAP qaz boru kəməri layihəsi qrafik üzrə irəliləyir. Mühəndislik, satınalma və tikinti işləri daxil olmaqla layihənin təxminən 47 faizi icra olunub”, - deyə U.Andres əlavə edib.